Xəbər mənbələri Qüds şəhərinin köhnə məhəlləsində sionist işğalçıları tərəfindən açılan atəş nəticəsində bir gənc qızın yaralandığını bildiriblər.
Sionist rejiminin qüvvələri bazar günü səhər Qüds şəhərinin köhnə məhəlləsində gənc bir qıza sionist əleyhinə əməliyyat keçirməyə cəhd etməsi iddiası ilə atəş açıblar.
İbrani mənbələr iddia ediblər ki, bu gənc qızın əlində soyuq silah olub və o, sionistlərə qarşı əməliyyat keçirmək niyyətində olub. İşğalçı rejimin əsgərləri ona tərəf atəş açıb, onu həbs ediblər.