Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələrinin Əqsa Məscidində ibadət edənlərə etdiyi hücumda və Qüdsün Şeyx Cərrah məhəlləsindəki nümayişçilərə basqında təxminən 205 nəfərin yaralandığını bildirib.
Məlumatda, beş fələstinlinin gözünə plastik güllələr dəydiyi və yaralarının ağır olduğu bildirilir. Bu güllələr vasitəsilə daha beş nəfər baş nahiyəsindən yaralanıb. Qalan şəxslər isə digər nahiyələrdən yara alıblar. 88 yaralı müalicə üçün xəstəxanaya aparılıb və Qızıl Aypara Cəmiyyəti 20 nəfərə hadisə yerində tibbi yardım edib.
Əl-Əqsa məscidindəki şiddətli qarşıdurmalar çox sayda sionist polisin namazdan sonra məscidə hücum etməsindən və ibadət edənləri məsciddən çıxmağa məcbur etməsindən sonra baş verib.
Digər tərəfdən isə Şeyx Cərrah məhəlləsində oturaq aksiya keçirən bir sıra fələstinli də sionist rejimin işğalçı hərbiçiləri tərəfindən həbs olunublar.
Bundan əlavə, İsrail əsgərləri cümə günü keçirilən Beynəlxalq Qüds Günündə iki gənc fələstinlini şəhid etmişlər.