Səhiyyə Nazirliyi sionist əsgərlərinin atdığı güllə nəticəsində ağır yaralanaraq şəhid olmuş bir fələstinli uşaq barədə açıqlama verib.
Oktyabrın 10-u bundan bir neçə gün əvvəl yaralmış bir fələstinli uşaq şəhadətə çatıb.
Xarici KİV-in verdiyi məlumata görə, 12 yaşlı “Məhmud Muhəmməd Xəlil Səmudi” sionistlərin Cenin şəhərində atdığı güllə nəticəsində qarın nahiyəsindən ağır yaralanmış və bir neçə gün sonra şəhid olmuşdur.

Sionist əsgərləri səhər saatlarında Cenin şəhərinə hücum etmiş və fələstinli döyüşçülərlə toqquşmuşlar. Nəticədə, “Məhmud əs-Sus” və “ Əhməd Zərağəmə” adlı iki fələstinli gənc şəhid olmuş, Səmudi də daxil olmaqla 11 nəfər yaralanmış, yaralılardan üçünün vəziyyəti isə ağır olaraq qiymətləndirilmişdir.