Sionist rejimi Qəzzədəki Şifa xəstəxanasının daxilində 170-dən çox fələstinlini şəhid edib.
Verilən məlumata əsasən, sionist rejiminin ordusu bildirib ki, Qəzzədəki Şifa xəstəxanasına qarşı hücum başlayandan vaxtdan etibarən 170-dən çox fələstinlini xəstəxana daxilində şəhid edib.
Sionist ordusunun sözçüsü, həmçinin Şifa xəstəxanasına hücum zamanı təxminən 800 fələstinlinin saxlanıldığını bildirib.
İşğalçı rejimin ordusu 6 gündür ki, Şifa xəstəxanasını mühasirə edərək hücuma məruz qoyur.
Bundan öncə Fələstinin Qəzzədəki Dövlət İnformasiya Ofisinin rəhbəri sionist hərbiçilərinin Qəzzədə yerləşən Şifa xəstəxanasına hücumu zamanı 100-dən çox insanın şəhid olduğunu bildirmişdi.
Fələstinin Qəzzədəki Dövlət İnformasiya Ofisinin rəhbəri Səlamə Məruf cümə günü axşam bu xəbəri elan edərək demişdi: İşğalçı sionist ordusu Şifa xəstəxanasında bir neçə səhiyyə işçisini də şəhadətə yetirib. Sionistlər bu xəstəxanada xəstələrin müalicəsinə mane olublar və buna görə də, 4 xəstə həyatını itirib.