İsrail rejiminin qəzetlərindən biri Qəzzə zolağının şimalının bir ay yarım mühasirə olunmasından sonra humanitar yardımlar daşıyan bir yük maşınının bu bölgəyə daxil olduğunu və sionistlərin onu yandırdığını bildirib.
Tanınmış sionist qəzeti sionist rejimi ordusunun Noyabrın 16-sı humanitar yardımlar daşıyan yük maşınlarından birinin Qəzzə zolağının şimalına daxil olduğunu qeyd edib.
Qəzetin yazdığına görə, bu addım Qəzzə zolağının şimalının bir ay yarım mühasirə olunmasından sonra baş verib. Yük maşını daxil olduqdan sonra sionistlər onu yandırıblar və yardımların paylayınmasına icazə verməyiblər.
Qəzzə zolağının şimalının mühasirə olunma cinayəti “Generalların planı” adlı planın davamıdır. Bu plan Qəzzə zolağının şimal sakinlərinin məcburi köçürülməsi və bu məntəqənin qapalı hərbi zonaya çevrilməsi üçün rejimin baş naziri Netanyahuya təklif olunan bir plandır.