Uşaq qatili sionist rejim yeni bir cinayət törədib və Qəzzə zolağında bir evə hava hücumu həyata keçirərək, altı uşaq olmaqla bir ailənin yeddi üzvünü qətlə yetirib.
Fələstin xəbər agentliyinin məlumatına görə, şənbə günü səhər Qəzzənin qərbində Əş-Şati düşərgəsindəki bir evə edilən hücumda altısı uşaq olmaqla 7 fələstinli həlak olub, ən azı 20 nəfər yaralanıb.
İşğalçı rejim qırıcıları Qəzzə şəhərinin qərbindəki Əş-Şati düşərgəsində Əbu Hətəb ailəsinin evinə bir neçə raket zərbəsi endirib, evi dağıdıb, çoxlu sayda sakin ölüb və yaralanıb.
Son günlər Qəzzanın işğal olunmuş Fələstinlə sərhədində bir tərəfdən müqavimət qüvvələrinin raket hücumları, digər tərəfdən isə işğalçı rejimin hava və artilleriya hücumları ilə gərginlik artıb.
Sionist işğalçı qüvvələr ardıcıl olaraq Qəzzə zolağı və fələstinlilərə qarşı qəddar hücum və təcavüzlərini davam etdiriblər.
Fələstin müqaviməti sionistlərin davam edən təcavüzü və Qəzzəyə hücumlarına cavab olaraq işğal olunmuş ərazilərə raket zərbələri endirməkdə davam edir.
Fələstinin Qəzzə zolağındakı Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzəyə hücumları nəticəsində 31-i uşaq və 20-si qadın olmaqla 122 nəfər şəhid olub, 900-dən çox insan isə yaralanıb.