Rejimin baş nazirinin siyasətlərinə qəzəblənən israilli köçkünlər Netanyahunu qatil adlandırıblar.
Onlarla qəzəbli israilli köçkün həftənin bazar ertəsi günü Tel-Əvivdə İsrail məhkəməsi qarşısında etiraz aksiyası keçirərək, rejimin kabinetinin siyasətlərinə qəzəblərini ifadə ediblər.
Netanyahunun məhkəməsi ərəfəsində Təl-Əvivdə İsrail məhkəməsi qarşısına toplaşan köçkünlər səsucaldanlarla Netanyahunun əleyhinə “Əllərin qana bulaşıb”, “Sən qatilsən” şüarları səsləndiriblər.
Ümumilikdə, işğal olunmuş Fələstində Netanyahunun kabinetinə qarşı ictimai narazılıq artıb. Bir çox israilli hesab edir ki, Netanyahu öz siyasi maraqlarını üstün tutur və Qəzzədəki israilli məhbuslara məhəl qoymur.
Qəzzədəki fələstinli qruplar çoxsaylı bəyanatlarda Qəzzə zolağının bombalanmasının israilli məhbusların ölmə ehtimalını artırdığını bildirsələr də, hücumlar davam edir.
İsrailin maliyyə naziri Bezalel Smotriç bazar ertəsi günü sərt reaksiyalara səbəb olan mübahisəli açıqlamalar verərək, məhbusların həyatını xilas etməyin vacib olduğunu, lakin bunun müharibənin ən mühüm hədəfi olmadığını bildirib. Bu sözlər çoxlarının gözündə İsrail hökumətinin məhbusların həyatına o qədər də əhəmiyyət vermədiyini göstərən açıqlamalardır.