Həftənin çərşənbə axşamı günü sionist hərbiçilərinin Əl-Xəlilin şimalında yerləşən Beyti Əmr bölgəsindəki bir məktəbə göz yaşardıcı qazlarla hücumu zamanı onlarla qız şagird boğulub.
Xarici KİV-in verdiyi məlumata görə, sionist qüvvələri məktəbdə şagirdlərə tərəf zəhərli göz yaşardıcı qazlar atıblar. Nəticədə, onlarla şagird və müəllim boğulub. Bu qəddar təcavüzün ardınca, fələstinli vətəndaşlar işğalçı qüvvələrlə toqquşublar.