Xəbər TV kanallarından biri yenicə, müdafiəsiz Fələstin vətəndaşlarını hədəf alan sionistlərin vəhşiliyini göstərən bir video yayımlayıb.
Cümə axşamı günü yayımlanan bu videoda İsrailə aid dron Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisdəki əs-Səkə məntəqəsində 4 Fələstin vətəndaşını hədəfə alır.
Bu video sionist rejiminin Xan Yunisə düşmüş bir dronundan əldə edilib və o videoda İsrailə aid dronun mənzillərini ya mənzillərinin dağıntılarını axtaran silahsız 4 fələstinli gənci bir neçə raketlə hədəfə aldığı görünür.
Törədilən bu cinayətdə 4 nəfərdən 2-si atılan ilk raketlə şəhid olur. Daha sonra üçüncü şəxs hədəfə alınaraq şəhid edilir və ondan sonra 4-cü şəxs də şəhid olur.
Bu videoda bu dörd nəfərin heç bir silaha malik olmadığı və heç bir təhlükə yaratmadığı açıq-aşkar görünür.
Qəzzədəki Dövlət İnformasiya Ofisi cümə axşamı günü günorta saatlarından sonra bildirib ki, Qəzzə zolağında 4 Fələstin vətəndaşının İsrailə məxsus drondan atılan raketlərlə öldürülməsi bu bölgədəki dərin böhrana aşkar bir dəlildir.
Bu ofisdən verilən bəyanatda sionistlərin bu dəhşətli cinayəti pislənilməklə yanaşı, ABŞ hökuməti, beynəlxalq ictimaiyyət və İsrail rejimi Fələstin vətəndaşlarına qarşı törədilən cinayətlərin ardıcıl olaraq 6 ay davam etməsinin əsas məsul hesab ediliblər.