İşğalçı sionist hərbiçilərinin Livanın cənubundakı bölgələrinə qayıtmağa çalışan Livan vətəndaşlarına doğru açdıqları atəş nəticəsində 160-a yaxın insan şəhid olub və yaralanıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, Livan Səhiyyə Nazirliyi açıqladığı statistikada bildirib ki, sionist rejimi hərbiçilərinin bazar günündən başladıqları təcavüzlər və açdıqları atəş nəticəsində ölkənin cənubunda 24 livanlı şəhid olub, 134 nəfər isə yaralanıb.
Nazirlikdən bildiriblər ki, dünən də işğalçı hərbiçilərin açdıqları atəş nəticəsində Livanın cənubunda 1 nəfər şəhid olub və 7 nəfər isə yaralanıb.
Sionist rejimin Livanın cənubundakı təcavüzkarlıqları davam etdiyi və Livan vətəndaşlarının sərhədyanı kənd və qəsəbələrə qayıtmaq üçün israr etdikləri nəzərə alınsa, qurbanların sayının artacağı gözlənilir.
İsrail rejiminin hərbiçiləri Livanın cənub kənd və qəsəbələrinə tərəf hərəkət etməkdə olan livanlı mülki şəxslərə sarı elə bir vaxtda atəş açırlar ki, bu rejimin ötən Noyabr ayının 27-də imzaladığı razılaşmaya əsasən, dünən gecə 4:00-də Livan torpaqlarından geri çəkilməli idilər.
Livanın sərhədyanı şəhər və kəndlərində yaşayan insanlar dünən səhər saatlarından ardıcıl şəkildə çoxsaylı karvanlarla Livan ordusunun və siyasi simalarının dəstəyi ilə yaşadıqları bölgələrə daxil olublar. Hansı ki, müharibə səbəbi ilə bu bölgələri tərk etmişdilər.
Livan ordusu da israilli hərbiçilərin açdıqları atəş nəticəsində bir hərbiçinin həyatını itirdiyi və bir hərbiçinin də yaralandığı barədə məlumat verib.