İsrail qüvvələri cümə günü səhər İordan çayının qərb sahilində Əl-Xəlilə basqın edərək 12 fələstinlini heç bir ittiham irəli sürmədən həbs edib.
Sionist hərbçilərin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı düşmənçilik hərəkətləri davam edir. Sionist yaraqlılar İordan çayının qərb sahilində Hebrona məntəqəsinə də hücum ediblər.
Məlumata görə, sionistlərin genişmiqyaslı hücumundan sonra İordan çayının qərb sahilində Fələstin vətəndaşları ilə sionistlər arasında şiddətli toqquşmalar baş verib. Hadisə şahidləri 12 fələstinlinin sionistlər tərəfindən həbs edildiyini bildiriblər.
Bundan əvvəl Fələstin müqavimət qrupları sionist rejimin İordan çayının qərb sahilindəki son cinayətlərinə reaksiya veriblər. Fələstin müqavimət qrupları bildiriblər ki, “hərtərəfli müqavimət” sionist düşmənə qarşı yeganə çəkindirici variantdır.
Müqavimət qrupları əlavə ediblər: “Biz inanırıq ki, silahlı müqavimət sionist rejimin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı cinayətləri davam etdirməsinin qarşısını alacaq yeganə variantdır. Biz bu variantdan heç vaxt əl çəkməyəcəyik.”