Xarici KİV-in verdiyi məlumata əsasən, bazar ertəsi günü işğal olunmuş ərazilərə güclü yağış yağdıqdan sonra sionist rejimi su kanallarını Qəzzə zolağına tərəf açıblar. Bu hadisənin ardınca onlarla ev və yüzlərlə hektar əkin sahələri Qəzzə zolağının mərkəzində və şərqində suyun altında qalıb.
Yerli mənbələrdən biri yazıb: Su, Qəzzə şəhərinin, Dir əl-Bəlh şəhərinin, Əz-Zəvayid məntəqəsinin, əl-Bəricin, mərkəzdəki Ən-Nasiratın bir neçə məhəlləsini, şərqi Xanda məntəqələri və Qəzzə zolağının əsas küçələrini əhatə edib, əkin sahələrinə də ciddi zərər vurub.
İnsan Haqları Təşkilatlarının hesabatına əsasən, əkin sahələrinin və Qəzzə zolağındakı evlərin su altında qalmasından sonra yüzlərlə fələstinli xilas edicilərdən kömək istəyiblər.