Sionist rejiminə aid qırıcıların Qəzzənin cənubunda yerləşən Xan Yunisdəki qaçqınların məskunlaşdığı bir məktəbə hücumunda 5 nəfər şəhid olub və onlarla insan yaralanıb.
Verilən məlumata əsasən, cümə günü səhər sionist rejiminə məxsus qırıcıların Xan Yunisin qərbində yerləşən Əl-Muəskər əl-Ğərbiyy məntəqəsindəki Əbu Nəsrin ailəsinin evinə olan hücumunda azı 5 nəfər, o cümlədən bir neçə uşaq şəhid olub və bəziləri də yaralanıb. Bu hücumda həyatını itirənlər həmin şəhərdəki Nasir xəstəxanasına aparılıblar.
Həmçinin cümə günü səhər sionist rejiminin Xan Yunis şəhərindəki bir neçə nöqtəyə artilleriya hücumlarında onlarla insan şəhid olub yaxud da yaralanıb.
Sionist rejiminə aid qırıcıların Qəzzənin cənubundakı Rəfəhdə yerləşən Kuveyt xəstəxanası yaxınlığında olan bir yaşayış məntəqəsinə hücumları zamanı da onlarla insan şəhid olub yaxud da yaralanıb və onların hamısı bu şəhərdəki Əbu Yusif ən-Nəccar xəstəxanasına aparılıblar.
İşğalçı rejimin qırıcıları, həmçinin Dir əl-Bələh, Qəzzə, Ən-Nəsirat və Cəbaliyadakı yaşayış məhəllələrini hədəfə alıblar. Bu hücumlarda bir sıra vətəndaş yaralanıb.