Qəzzədəki xarici xəbər agentliklərindən biri, sionist işğalçılarının hücumları nəticəsində tamamilə dağılmış Xan Yunisin şərqindəki Əl-Xəzaə məhəlləsindəki geniş dağıntılarla bağlı görüntülər nümayiş etdirib.
Qəzzədəki xarici xəbər agentliklərindən birinin müxbiri deyib: Bu bombardmanlar mülki şəxslərin bilərəkdən hədəfə alındığını göstərir. Sionist rejiminin “Əqsa Fırtınası” əməliyyatında aldığı zərbəyə görə fələstinlilərdən intiqam almaq üçün Qəzzə zolağındakı vətəndaşların evlərini və bütün xidmət müəssisələrini bombaladığı məlumdur.
Müşahidəçilər sionist rejiminin 1948-ci ildən bəri belə bir ziyana uğramadığını təsdiqləyirlər.
Qəzzədəki yaşayış məhəllələrindəki külli miqdarda dağıntılar dünya ictimaiyyətinin ikiüzlülüyünün və bəzi ölkərdən vergi almaq və onlara təzyiq göstərmək üçün bir bəhanə olaraq istifadə etdiyi insan haqları ilə bağlı yalanlarının göstəricisidir.

