Sionist rejiminin Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə hava hücumu zamanı 21 fələstinli şəhid olub.
Sionist rejimi ötən gecədən başlayaraq bugün səhər saatlarına qədər Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərində 11 yaşayış məskənini bombalayıb.
Yerli mənbələrin bildirdiyinə görə, Rəfəh şəhərində 11 yaşayış məskəninin bombalanması nəticəsində 4 uşaq da daxil olmaqla 21 fələstinli şəhid olub.
Fələstin müqavimət qüvvələri İsrail rejiminin 7 Oktyabr 2023-cü il tarixində Qəzzədən (Fələstinin cənubundan) sionist rejimin mövqelərinə qarşı “Əqsa Fırtınası” adlı qəfil əməliyyatlara başlayıb. 45 günlük müharibədən sonra İsraillə HƏMAS arasında 4 günlük atəşkəs və əsirlər mübadiləsi baş tutub.
Bu atəşkəs 7 gün davam edib. Sonra 1 Dekabr 2023-cü il tarixində müvəqqəti atəşkəs sona çatıb və İsrail rejimi Qəzzəyə qarşı hücumlara başlayıb. Bu rejim öz məğlubiyyətinin əvəzini çıxmaq və müqavimət qüvvələrinin əməliyyatlarını dayandırmaq üçün Qəzzə zolağının keçidlərini bağlayıb və bölgəni bombalamaqdadır.