İşğalçı rejimin ordusunun Qəzzə zolağında yerləşən Rəfəhin şərqindəki bir mənzilə hava hücumu 4 fələstinlinin şəhid olması ilə nəticələnib.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin bugün səhər saatlarına yaxın bir vaxtda Qəzzə zolağının cənubunda yerləşən Rəfəhdəki bir mənzilə hava hücumu nəticəsində 4 fələstinli şəhid olub. Bu hücumda, həmçinin digər 10 nəfər də yaralanıb.
Sionist rejimi bu hücumda Rəfəhin şərqində yerləşən “ən-Nəccar” xəstəxanasının ətrafındakı “əl-Cəməl” ailəsiniə aid evi hədəfə alıb.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin dünən (çərşənbə günü) yayımlanmış son statistikasına əsasən, sionist rejiminin Qəzzə zolağına qarşı təcavüzkar hücumları başlayandan bəri 34262 nəfər şəhid olub və 77229 nəfər də yaralanıb.