Xəbər mənbələri həftənin bazar ertəsi günü sionist rejiminin Qəzzənin mərkəzinə olan hücumunda 5 polis işçisinin şəhid olduğu haqda məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstinin Qəzzədəki baş polis idarəsi əməkdaşlarından 5 nəfəin Qəzzənin mərkəzi vilayətində şəhid olduğunu açıqlayıb.
Verilən məlumata əsasən, Fələstin vətəndaşlarına xidmət göstərməkdə olan bu polislər sionist ordusunun onların avtomobilinə etdiyi hücumda şəhid olublar.
Qəzzə zolağının baş polis idarəsi əlavə olaraq deyib: İsrail rejiminin polis qüvvələrini birbaşa hədəf seçməsi bu rejimin daxili cəbhəyə zərbə vurması və Qəzzədə xaosun yayılması üçün göstərdiyi səylər çərçivəsində baş verib.
Qəzzə polisi beynəlxalq ictimaiyyətdən İsrail rejiminin, polis qüvvələrinə qarşı birbaşa və təkrar hücumlarının qarşısını almaq üçün ona təzyiq göstərməsini istəyib. Çünki polis qüvvələrinə hücum etmək beynəlxalq qanunları və insan haqlarını aşkar şəkildə pozmaqdır.