Xəbər mənbələri bazar günü səhər saatlarına yaxın bir vaxtda ötən 24 saat ərzində sionist rejiminin Qəzzənin cənubuna və mərkəzinə olan hava hücumları nəticəsində 37 fələstinlinin şəhid olduğunu açıqlayıblar.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminə aid qırıcılar Qəzzənin cənubunda yerləşən Rəfəh şəhərinin ən-Nəsr məhəlləsindəki bir evi bombalayıblar və nəticədə 10 nəfər şəhid olub və çoxlu sayda insan isə yaralanıb.
Həmçinin bildirilib ki, şənbə günü səhər saatlarından etibarən Qəzzənin cənubunda və mərkəzində yaşayış mənzillərinin bombalanması nəticəsində 10 nəfər uşaq da daxil olmaqla 27 fələstinli şəhid olub.