Sionist qırıcıları dünən gecə interneti kəsməklə Qəzzə zolağına qarşı ağır bombardmanlar həyata keçirib.
Xəbər mənbələrinin verdiyi məlumata əsasən, sionist rejiminin hücumlarında Mişmişin ailəsinin Qəzzə zolağının mərkəzində yerləşən Əz-Zəvayidə məntəqəsindəki evi bombalanıb. Bu da 10 nəfər fələstinlinin şəhid olması ilə nəticələnib.
Sionist rejiminin qırıcıları, həmçinin Qəzzədəki Şeyx Rizvan məntəqəsini ağır şəkildə bombalayıb.
Sionistlər Qəzzənin qərbindəki sahil yoluna hücum ediblər və nəticədə bu məntəqədəki müqavimət qüvvələri ilə silahlı toqquşma baş verib. Rejimə məxsus qırıcılar Rəfəh şəhərində yerləşən Tel Əs-Sultan məntəqəsindəki bir evi bombalayıblar və bu da 15 nəfər fələstinli vətəndaşın şəhadəti ilə nəticələnib.
İsrailə aid təyyarələr Qəzzədəki Rantisi uşaq xəstəxanasının 3-cü mərtəbəsini hədəfə alıblar. Sionistlər, həmçinin Qəzzə zolağının şimalında yerləşən Cəbaliyanın mərkəzindəki bir evi bombalayıblar. İsrailə aid təyyarələr elə burada Əl-Həvca küçəsini bombalayıb.
Sionist rejimi ordusunun artilleriyası da Qəzzə zolağının şimalında yerləşən Qalibu məntəqəsini hədəf seçib.
Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis də İsrailə aid təyyarələrin hücumuna məruz qalıb.
Sionist rejiminin qırıcıları, həmçinin Qəzzə zolağının qərbində yerləşən Əş-Şati düşərgəsindəki bir neçə yaşayış məhəlləsini də bombalayıblar.