Tibbi mənbələrdən biri həftənin bazar günü işğalçıların Qəzzə şəhərinin cənub-şərqində yerləşən əz-Zeytun məhəlləsinə dron hücumunun ardınca 5 fələstinlinin cənazəsinin əl-Məmədani xəstəxanasına aparılması barədə məlumat verib.
Fələstin tibb mənbələri sionist rejiminin ötən Oktyabr ayında təcavüzkar hücumları başlayan vaxtdan indiyə qədər Qəzzə zolağında şəhid olanların sayının 41206 nəfərə çatdığını və onların əksəriyyətinin uşaqlar və qadınlardan ibarət olduğu açıqlayıb.
Bu mənbələr yaralıların sayının 95337 nəfərə çatdığını, həyatını itirən minlərlə insanın isə hələ də dağıntılar altında qaldığını bildiriblər.
Həmçinin bildirilib ki, işğalçı hərbiçilərin Qəzzə zolağındakı mülki vətəndaşlara qarşı həyata keçirdikləri 3 qətliamda 24 nəfər şəhid olub və 57 nəfər isə yaralanıb.
Tibbi mənbələr həyatını itirənlərin bir çoxunun hələ də küçələrdə yaxud dağıntılar altında qaldığını bildiriblər. Xilasetmə qüvvələri də onlara yetişməkdə problemlə üzləşirlər.