Sionist rejiminin dünən günortadan sonra Qəzzə şəhərinin Əd-Dərc məhəlləsindən olan qaçqınların yerləşdiyi 2 məktəbə hava hücumlarında azı 50 fələstinli şəhid olub və yüzlərlə insan yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminə məxsus qırıcılar və artilleriya Səlahud-dindəki UNRWA agentliyinə bağlı bir məktəbə və Qəzzədə yerləşən Əd-Dərc məhəlləsindəki Əsəd Əs-Səftavi məktəbinə hücum ediblər.
Bu mənbə əlavə edib: Bu iki məktəbdə şəhid olmuş və yaralanmış onlarla insan Qəzzədəki Əz-Zeytun məhəlləsində yerləşən Əl-Məmədani xəstəxanasına köçürülüb.
Həmçinin bildirilib ki, bölgəyə olan şiddətli artilleriya hücumlarına görə, xilasetmə qrupları şəhidlərin və yaralıların təxliyəsi üçün bu 2 məktəbə yetişməkdə çoxlu problemlərlə üzləşiblər.
Qeyd etmək lazımdır ki, bu iki məktəbdəki qaçqın düşərgəsi Əl-Cəzair Bərəkət Cəmiyyətinin nəzarəti və himayəsi altındadır.