Xəbər mənbələri bazar günü axşam hesabat verərək, sionist rejiminin Qəzzənin şimalına olan hava hücumunda 90 fələstinlinin şəhid olduğunu bildiriblər.
Fələstin Səhiyyə Nazirliyi sionist rejiminin Qəzzənin şimalında yerləşən Cəbaliya məntəqəsinə olan hava hücumunda 90 nəfərin şəhid olduğunu bildirib.
Bu məlumata əsasən, sionist rejiminin artilleriyaları da Qəzzənin cənubunda yerləşən Xan Yunisdəki Nasir xəstəxana kompleksinin uşaqlar bölməsini hədəfə alıblar və bu da bir qadının şəhid olması, bir sıra insanın isə yaralanması ilə nəticələnib.
Sionist rejiminin Qəzzənin müxtəlif şimal və cənub bölgələrinə qarşı hava hücumları davam edib və onlarla insan ölüb və yaralanıb.
Fələstin müqavimət qruplarını, o cümlədən HƏMAS-ı aradan aparmaq və əsirlərini azad etmək məqsədi ilə Qəzzəyə ordu yürüdən sionist rejimi bu məntəqədə həftələrlə cinayətdən sonra öz hədəflərinə çatmayıb və müqavimətlə müzakirəyə üz tutub.
Tel-Əvivin əsirlərin dəyişdirilməsi proqramında həddini aşması müzakirələrin pozulmasına və sonda sionist rejiminin yenidən Qəzzədə cinayətlərə başlamasına səbəb olub.
İşğalçı sionit rejimi cümə günü səhər (1 Dekabr) Qəzzədəki müvəqqəti atəşkəs bitdikdən sonra yenidən bu zolağı bombalamağa başlayıb və yüzlərlə fələstinlini şəhid edib.