Sionist rejiminin Qəzzə zolağının cənubuna olan son hücumu 17 nəfərin şəhid olmasına səbəb olub.
Xarici KİV-in verdiyi məlumata görə, bu hücum cümə axşamı günü səhər saatlarına yaxın Rəfəhin şərqindəki “Əl-Cəninə” məhəlləsinə və Əlzamili ailəsinin evinə qarşı olub.
Xəbər mənbələri çərşənbə axşamı da Qəzzənin müxtəlif bölgələrinə hücumların davam etdiyini və 27 nəfərin şəhid olduğunu bildirmişdilər.