Sionist rejiminin Qəzzədəki bir məktəbə hücumu nəticəsində 22 nəfər şəhid olub və 30 nəfər yaralanıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejiminin qırıcları Qəzzə şəhərinin cənubunda yerləşən əz-Zeytun məhəlləsindəki “əl-Fəllah” məktəbinə hücum ediblər.
Verilən məlumata görə, bugün (şənbə günü) Qəzzə şəhərində fələstinli qaçqınların məskunlaşdığı məktəbin sionist rejimi tərəfindən bombalanması zamanı şəhid olanların sayı 22-yə, yaralananların sayı isə 30-a çatıb. Şəhidlərin və yaralıların əksəriyyəti qadın və uşaqlardır.
Bundan öncə, bombardman zamanı çoxu qadın və uşaqlardan ibarət olan 20 Fələstin vətəndaşının şəhid olduğu və onlarla digər insanın isə yaralandığı açıqlanmışdı.
Fələstin Səhiyyə Nazirliyi bugün (şənbə günü) açıqladığı yeni statistikasında bildirib ki, Qəzzə zolağında 2023-cü ilin Oktyabr ayının 7-dən indiyə qədər 41391 nəfər şəhid olub, 95760 nəfər isə yaralanıb.