Sionist rejiminin dünən səhər saatlarında Qəzzə şəhərinin şərqindəki bir yaşayış mənzilinə hücumu azı 9 nəfərin şəhid olması ilə nəticələnib.
Verilən məlumata əsasən, Fələstin Yardım və Xilasetmə Qrupu bu barədə məlumat verərək, şəhid olan 9 nəfərdən 4-nün uşaq və 3-nün qadın olduğunu bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, “ət-Tuffah” məhəlləsindəki əş-Şücaiyyə məktəbinin yaxınlığındakı “Bəstan” ailəsinə aid evə olunan hücumda bir neçə fələstinli itkin düşüb.
Eyni zamanda cümə günü səhər sionist rejiminin Qəzzə zolağının müxtəlif bölgələrinə olunan hücumlarda 11 fələstinlinin şəhid olduğu bildirilib.
Məhəmməd əl-Babisi bildirib ki, sionist rejiminin qırıcıları Qəzzə şəhərinin cənubunda yerləşən əz-Zeytun məhəlləsindəki Səlahəddin məscidinin ətraf bölgələrinə hücum edərək oranı dağıdıblar.
O, həmçinin sionist hərbiçilərin Rəfəh şəhərinin qərbində yerləşən əl-Məvasi məntəqəsindəki bir mənzili bombalaması nəticəsində bir neçə fələstinlinin şəhid olduğu haqda məlumat verib.
Bundan əlavə, sionist rejimin tanklarının əl-Məvasi məntəqəsini bombaladıqları və bunun nəticəsində də bir neçə müdafiəsiz insanın yaralandığı qeyd olunub.