Sionist rejimi bu gün həftənin çərşənbə axşamı günü səhər saatlarında, Fələstin İslami Cihad Hərəkatının komandirlərinə qarşı terror aktı törətmək məqsədi ilə Qəzzə zolağı, Rəfəh və Xan Yunisin bəzi məntəqələrini bombalayıb.
Sionist rejiminin bu hücumunda Səraya əl-Qüdsün (Fələstin İslami Cihad Hərəkatının hərbi qolu) görkəmli üç komandiri şəhid olub.
Sionist rejiminin sözçüsü deyib: Bu hücumların hədəfi Qəzzədəki Fələstin İslami Cihad Hərəkatına bağlı obyektlər olub.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, bu silsiləvi hava hücumlarında 12 nəfər fələstinli şəhid olub və bir neçə nəfər də yaralanıb.
Sionist rejiminin yeni cinayəti barədə hesabat
İşğalçı rejimin təcavüzü və Qəzzədəki yaşayış binalarına hücumunu əks etdirən fotolar yayımlanıb.




Qəzzədə Milli və İslami Təqib Komitəsi, sionist rejiminin Qəzzədəki dəhşətli cinayətinə etiraz olaraq ümumi matəm və ölkə boyunca aclıq aksiyası elan edib, şəhidlərin dəfn mərasimində hamının iştirak etməsini istəyib.
Fələstin Qırmızı Aypara Cəmiyyətinə istinadən verilən məlumata görə, sionist rejiminin hərbiçilərinin Nablusa hücumu zamanı 6 nəfər yaralanıb və onlarla insan boğulma ilə üz-üzə qalıb.
Qəzzə Səhiyyə Nazirliyi: Sionist rejiminin qırıcılarının Qəzzəyə hücumu zamanı şəhid olanların sayı 13 nəfərə çatıb və 20 nəfərdən də çoxu yaralanıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, İslami Cihad Hərəkatının komandirlərindən üçünün şəhid olması, onlarla digər insanın, o cümlədən bir sıra qadın və uşağın şəhadəti və yaralanması ilə nəticələnən sionist rejiminin qırıcılarının bu gün səhər saatlarında Qəzzə zolağının müxtəlif bölgələrinə terror hücumlarını şiddətlə pisləyib. Həmçinin, Fələstin Müqavimət qruplarına və şəhid ailələrinə baş sağlığı verərək yaralılar üçün Allahdan şəfa diləyib.
Sionist rejiminin törətdiyi terror aktında yaralanan və şəhid olanların ağrı-acılı fotoları:




Sionist rejiminə bağlı bir mənbə bildirib ki, İslami Cihad Hərəkatının komandirlərinin sui-qəsdləri üçün son qərar, ötən həftə cümə günü Şin Bet qərargahında Netanyahu və İsrail Müdafiə naziri tərəfindən qəbul edilib.
Şəhid Tariq İzzud-din və ailəsinin yaşadığı binanın fotosu dərc olunub:

Bu gün səhər saatlarında işğalçıların Qəzzə zolağındakı bombalama əməliyyatı zamanı atası şəhid olmuş uşağın tük ürpədici görüntüsünü əks etdirən bir video paylaşılıb.
Fələstin Parlamenti Rəhbərliyinin mətbuat bəyanatı: Sionist rejiminin Qəzzəyə olan terror hücumu zamanı bir qrup vətəndaşın, o cümlədən bir neçə qadın və uşağın şəhədəti ilə bağlı başsağlığı veririk. Biz sionist rejimini və onun faşist kabinetinin, Qəzzəyə olunan təcavüzün nəticələri ilə bağlı məsuliyyət daşıdığını deyir və bildiririk ki, bu cinayət, əsil müharibə cinayətidir və cəzaya layiqdir.
Bizim xalqımız Fələstinin azadlığı uğrunda qanuni olan müqavimətini davam etdirmək əzmindədir. Bu rejimin terrorçuluğu bu əzmin aradan getməsinə heç bir zərər vura bilməz.
Bütün beynəlxalq təşkilatlardan istəyirik ki, bu barədə öz məsuliyyətini qəbul edib, beynəlxalq qanunların və insan haqlarının aşkar şəkildə pozulması ilə nəticələnən sionist rejiminin Fələstin xalqına qarşı hər gün artan cinayətləri qarşısındakı siyasətlərindən əl götürsünlər.
