Sionist rejiminin Parisdəki səfiri, bu rejimin Benyamin Netanyahunun başçılığı ilə idarə olunacaq yeni kabinetinin radikal olmasına işarə edərək istefa verdiyini bildirib.
Sionist rejiminin Fransadakı səfiri “Yael Jermən” dünən öz vəzifəsindən istefa verib və bunun səbəbini Netanyahunun başçılıq etdiyi bu rejimin təşkil olunmuş yeni kabineti olduğunu bildirib.
O, öz Twitter səhifəsində Netanyahuya xitab olaraq yazıb: “Təəssüflər olsun ki, sənin təşkil etdiyin kabinet, radikal bəyanatlara və siyasətlərə sahib olan partiyaların nümayəndələrindən ibarətdir.”
O, əlavə olaraq deyib: “Mənim fikrimcə bunların hamısı İsrail üçün təhlükədir və sənin kabinetinin nazirlərinin bəyanatları, siyasətləri mənim İsrail-Dünya barəsindəki fikirlərimlə fərqlidir. Mən belə bir şəraitdə heç vaxt inancımla fərqi görüşə sahib olan siyasətlə missiyamı davam etməyi bacarmaram və İsrailin Fransada səfiri olaraq öz istefamı bildirirəm.
Xarici KİV-in verdiyi məlumata görə, Netanyahu hələ sionist rejiminin Fransadakı səfirinin istefasına reaksiya verməyib.
Netanyahunun sionist rejimi tarixinin ən radikal kabinetini təşkil etdiyi deyilir. Onun Knessetdə (İsrail rejiminin parlamenti) çıxışı zamanı parlamentin daxili və xarici şəraiti gərgin olub. Yüzlərlə insan parlamentin ətrafında onun əleyhinə toplanıblar.