Livan mənbələri sionist rejiminin ölkənin cənubunda yerləşən bir şəhərciyə hücumunun ardınca 1 nəfərin şəhid olduğu və 6 nəfərin isə yaralandığı barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin ordusu həyata keçirdiyi dron hücumunda Livanın cənubunda yerləşən “Deyr Siryan” sərhəd qəsəbəsini hədəfə alıb.
Livan Səhiyyə Nazirliyi bu hücumda 1 nəfərin şəhid olduğunu və 5-i uşaq olmaqla, 6 nəfərin isə yaralandığını açıqlayıb.
Sionist rejimi dünən, həmçinin “əz-Zəbdani” məntəqəsində Dəməşqdən Beyruta gedən yolda bir avtomobili terror hücumuna məruz qoyub və nəticədə, sərnişinlərdən biri şəhid olub.
Eyni zamanda Livan Hizbullahı da Livanın cənubundakı İtit qəsəbəsində anadan olan 1984-cü il təvəvvüdlü Əli Nəzih Əbd Əli “Can”ın şəhid olduğu barədə məlumat verərək bu mücahidin Qüds yolunda şəhid olduğunu bildirib.