Sionist rejiminin Livanın cənubuna olan hava hücumunda 4 nəfər şəhid olub və 9 nəfər yaralanıb.
İlkin məlumatlara görə, sionist rejiminin Livanın cənubunda hücum etdiyi yerdə yaranmış dağıntılar altından 3 nəfər mülki şəxsin cəsədi çıxarılıb.
Sionist rejimi bu hadisədən az müddət öncə “Xərbə Silm” məntəqəsini bombalamışdı və 7 nəfərin yaralandığını bildirilmişdi.
Sionist rejimi Hizbullah və Fələstin müqavimət qüvvələri ilə müharibədə ağır itkilərdən qaçmaq üçün yaşayış məntəqələrini bombalayır.
Sionist rejiminin Qəzzəyə hücumu başlayandan və Hizbullahın sionistlərlə qarşıdurmasından sonra minlərlə mülki şəxs bu amansız hücumlarda şəhid olub.