Livan mənbələri sionist rejiminin Livanın cənubunda bir avtomobilə dron hücumu zamanı 4 nəfərin şəhid olduğunu bildiriblər.
Bu məlumata əsasən, sionist rejimi ordusu Livanın cənubunda yerləşən Bafiliyyə qəsəbəsində bir maşını hədəfə alıb. Bunun nəticəsində də 4 nəfər şəhid olub.
Cümə axşamı verilən məlumata görə, sionist rejiminin bir avtomobilə olan dron hücumu Livanın cənubunda yerləşən Sur məntəqəsinin Bafiliyyə qəsəbəsində baş verib.
Livanlı mənbələr bildiriblər: Mülki müdafiə qüvvələri Bafiliyyə qəsəbəsinin Sur məntəqəsinə gedən yolunda sionist rejiminin hava hücumuna məruz qalan bir maşını söndürməklə məşğuldurlar.
Bu mənbələr hücum nəticəsində 4 nəfərin şəhid olduğu haqda məlumat veriblər.