Sionist rejiminin Livanın cənub və şərqinə geniş həcmli hava hücumlarında yüzlərlə insan şəhid olub.
Livan Səhiyyə Nazirliyi həftənin bazar ertəsi günü açıqlama verərək bildirib ki, İsrail rejiminin son hücumlarında indiyədək 492 nəfər həyatını itirib. Həyatını itirənlərin 35-i uşaqlardır. Bu hesabata əsasən, yaralananların sayı isə 1645 nəfərə çatıb.
Şəhidlərin və yaralıların sayının artması həftənin bazar ertəsini 2006-cı ildə iki tərəf arasındakı əvvəlki müharibədən bəri Livanın ən ölümcül gününə çevirib.
Sionist ordusu bazar ertəsi hücumlarının sayının 1300-ə çatdığını bildirib.