Xəbər mənbələri Livanın cənubunda içərisində mülki şəxslərin olduğu avtomobilə dron hücumu və 3 uşağın şəhid olduğu barədə məlumat veriblər.
Yayılan məlumatlara əsasən, sionist rejimi ordusuna aid bir dron Livanın cənubundakı “Əynata” şəhərciyində livanlı bir vətəndaşın avtomobilini hədəfə alıb.
Bu barədə xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejiminin dron hücumu 3 livanlı uşağın şəhadəti ilə nəticələnib.
Livan Hizbullahı bu torpağa hər hansı hücumun olduğu təqdirdə sionist rejiminə münasib cavab verəcəyi barədə xəbərdarlıq edib və bununla əlaqədar olaraq sionistlərin logistika obyektlərini hədəfə alıb.
