Livanın cənubunda fəaliyyət göstərən jurnalistlərdən biri sionist rejiminin ölkənin cənubunda yerləşən Cənata qəsəbəsinə hücumunda biri qadın olmaqla, 2 nəfərin şəhid olduğu və 14 nəfərin yaralandığı barədə məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, sionistlərin Cənata qəsəbəsinə hücumu onların əvvəlki gün Livnanın müxtəlif bölgələrinə olan hücumlarından sonra baş tutub.
Livanın cənubundakı müxbirin sözlərinə görə, sionistlərin Livanın Sur qəsəbəsində yerləşən Cənata qəsəbəsinə olan hücumunda son olmayan statistikaya əsasən, 2 nəfər şəhid olub və 14 nəfər yaralanıb.
İranın Beyrutdakı səfiri Müctəba Əmani Hizbullahın məsul şəxslərindən birinin terrora məruz qalması barəsində yayılmış şayiələri rədd edərək deyib: Hizbullahın məsul şəxslərinin şəhid olması ilə bağlı heç də doğru olmayan yalan şayiələr yayılmaqdadır. Bundan məqsəd psixoloji müharibədir.