Qəzzənin mərkəzində yerləşən Deyr əl-Bələhdəki əl-Əqsa Şəhidləri Xəstəxanasının direktor müavini bu zolağın mərkəzi bölgələrində bombardmanların davam etməsi səbəbilə, xəstəxanaya köçürülən yaralıların sayının hər an artdığını açıqlayıb.
Muhəmməd əl-Cəbri deyib: Xəstələrin qəbulu üçün kifayət qədər imkanların olmamasını nəzərə alaraq, yaralıların müalicəsində problemlə üzləşirik.
Qəzzə zolağnın bu səhiyyə rəsmisi əlavə edib: Rəfəh keçidi bağlandıqdan sonra tibbi imkanların əldə olunması zəmnində çətinliklə üzləşmişik.
Muhəmməd əl-Cəbri vurğulayıb: Digər tərəfdən də dializ dərmanlarının, keyidici və narkozun bitməsi əsaslı problemlər yaradıb.
Əl-Əqsa Şəhidləri Xəstəxanasının direktor müavini tibbi materialların və avadanlıqların, eləcə də xəstə və yaralılaın müalicəsi üçün lazım olan dərmanların Qəzzə zolğına gəlməsi üçün təhlükəsiz bir kemçidin açılmasını istəyib.
Bununla əlaqədar olaraq BMT-nin Uşaq Fondunun (UNICEF) sözçüsü “Ceyms Elder” bazar ertəsi səhər verdiyi açıqlamada Qəzzədəki uşaqların vəziyyətinin ağır olduğunu bildirərək bu zolaqdakı müharibəni uşaqlara qarşı döyüş adlandırıb.
O, əlavə edib: İsrail (rejiminin) Qəzzədəki uşaqlara qoyduğu təsir elə bir həddədir ki, bu müharibənin uşaqlara qarşı bir döyüş olduğunu söyləmək olar.
UNİCEF-in sözçüsü sözlərinin davamında deyib: Qəzzə zolağına olan səfərimdə xəstəxanalarda müşahidə etdiyim mənzərələr dəhşətlidir və oradakı həkimlərin fövqəladə ruhiyyələri var.