Hizbullah İslami Müqavimət Hərəkatı çərşənbə axşamı günü səhər saatlarına yaxın, bu hərəkatın 5 döyüşçüsünün Qüds yolunda və məzlum Qəzzə xalqına dəstək yolunda şəhid olduğunu bildirib.
Livan Hizbullahı onlardan üçünün adını açıqlayaraq, onların 30 yaşlı “Hüseyn Cəmil Harisi”, 35 yaşlı “Həsən Əhməd Termes” və 32 yaşlı “Əhməd Hüseyn Termes” olduqlarını bildirib.
Bu şəxslər “Təluse” qəsəbəsi sakinləri idilər və sionist rejiminin Livanın cənubuna hücumları zamanı Beytul-Müqəddəs yolunda şəhid olublar.
Livan Hizbullahı son həftələrdə və sionist rejiminin Qəzzə zolağındakı dəhşətli cinayətlərinin və bu şəhərdə çoxsaylı fələstinlilərin öldürülməsinin ardınca, bu rejimin işğal olunmuş ərazilərin şimalındakı hərbi mövqelərini hədəfə alıb.
Sionist rejimi ordusu da ötən günlər ərzində Livanın sərhəd bölgələrini artilleriya hücumlarına məruz qoyub.