İşğalçı rejim Qəzzədəki çörəkçilərin ənənəvi təndirlərini hədəf seçir və qaçqınların olduğu məktəblərə fosfor bombaları yağdırır.
Qəzzədəki xəbər agentliklərindən biri, bildirib ki, Qəzzədə yaşayan fələstinlilər yanacaq olmadığına görə, çörək bişirmək üçün gil təndirlərinə üz tutublar. Hərçənd ki, bu təndirlər də israillilərin hücumundan amanda deyil.
Verilən məlumatda bildirilib ki, bu hücumlar bir uşağın şəhid olması və bir qadının ağır yaralar alması ilə nəticələnib.
Bu hesabat əsasən, İsrail rejiminin ordusu hələ də əhalinin sıx yaşadığı məntəqələrdə dinc əhalini hədəfə alır və Əş-Şati məntəqəsində qaçqınların sığıncağına çevrilən məktəblərə ağ fosfor bombaları atır.
Həmçinin bildirilib ki, işğalçı rejimin bu məntəqəni qurudan işğala hazırlaşmaq üçün atəşə tutmaq niyyətində olduğu görünür.