Cenin batalyonları çərşənbə günü axşam verdiyi bəyanatda sionist rejiminin fələstinli döyüşçülərin olduğu bir maşına dron hücum edərək törətdiyi cinayəti pisləməklə yanaşı, şəhidlərin kimliyini açıqlayıb.
Batalyonun verdiyi bəyanatda deyilir ki, şəhid olan bu 3 nəfər sahə komandiri “Səib əl-Ğəvl”, Qüds batalyonundan “Əşrəf əs-Sədi” və Əl-Əqsa şəhidlərindən olan “Muhəmməd Uveys”-dir. Onlar çərşənbə günü axşam sionist rejiminin onların olduğu maşına dron hücum zamanı Cenin şəhərinin yaxınlığında yerləşən Əl-Cəlmə məntəqəsində şəhadətə çatıblar.
Bu bəyanatda deyiliir: Döyüşçülərimiz qardaşlarının intiqamını alacaqlar və düşmən Əl-Qüds batalyonlarının döyüşçülərini, onlarla daha çox mübarizə aparmaqdan başqa bir halda görməyəcəklər.
Bəyanatın davamında vurğulanıb: Terrorlar heç vaxt bizim iradəmizi süstləşdirməyəcək və gərək düşmən komandirləri bunun əvəzini ödəsinlər.
Bundan əvvəl də Əl-Qüds batalyonları bildirmişdi ki, qəhrəman döyüşçülərindən 3 nəfər sionist rejiminin qorxaqcasına dronla həyata keçirdiyi terror aktında şəhid olub.
Sionist rejiminə bağlı TV kanallardan biri, fələstinli gənclərin yeni terror siyasətini şərh edərək deyib: Hava hücumu siyasətində dəyişiklik Müharibə naziri Yoav Qallantın dəstəyi, Netanyahunun razılığı və ordunun müxalifəti ilə baş verib.
Sionist rejimi ordusu İsrailin “əl-Beyt” şirkəti tərəfindən istehsal edilən Hermes 450 pilotsuz təyyarəsindən üç raket atmaqla, Fələstinə məxsus bir minik maşınını dron hücumuna məruz qoyub.
Qallant bu terror əməliyyatından sonra fələstinli gənclərin terrora məruz qalmalarını təsdiqləyərək bildirib: Biz aqressiv və proaktiv yanaşma göstərəcəyik. Mövcud vasitələrin hamısından istifadə edəcəyik. Gərək hər bir fələstinli ağır bədəl ödəsin.
Sionist mediyalaırının hesabatlarına əsasən, bu, 2005-ci ildən bu yana İordan çayının qərb sahillərində hava yolu ilə baş tutan ilk terror hadisəsidir.
Bundan əvvəl də sionist rejiminin ordusunun sözçüsü Cenində müqavimət döyüşçülərindən bir neçəsinə qarşı dronla terror əməliyyatı həyata keçirildiyini bildirmişdi.