Sionist rejiminin qırıcı təyyarələri bazar ertəsi günü gecə saatlarında Dəməşq ətrafını hədəfə alıblar. Suriyanın havadan müdafiə sistemlərinin reaksiyası ilə atılmış raketlərdən bir neçəsi hədəfə dəyməzdən öncə məhv edilib. Bu hücumda 4 nəfər suriyalı əsgər həyatını itirib və digər 4 nəfər isə yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemi sionist rejiminin qırıcılarının hava hücumuna qarşı Dəməşqin ətraf səmasında mübarizə aparıb və atılmış raketlərdən bir neçəsini hədəfə dəyməzdən öncə məhv etməyi bacarıb.
Suriya televiziyası da bildirib ki, sionist rejiminin Dəməşq ətrafına raket hücumları nəticəsində 4 suriyalı əsgər həyatını itirib və digər 4 nəfər isə yaralanıb.
Bu barədə Suriya ordusunun hərbi mənbəsi deyib ki, bu hava hücumu bazar ertəsi günü yerli vaxtla düz saat 2:20-də baş verib. Düşmən Dəməşq ətrafına hava hücumunu işğal olunmuş Colan istiqamətindən həyata keçirib. Nəticədə, suriyalı 4 əsgər həyatını itirib və digər 4 nəfər isə yaralanıb.
Sionist rejimi bununla bağlı reaksiya verməyib.