Suriya İnformasiya Nazirliyi cümə günü səhərə yaxın, paytaxt və onun ətraf səmasında bir neçə partlayış səsinin eşidildiyini təsdiq edib.
Xarici KİV-in verdiyi məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri Dəməşq səmasında düşmən hədəfləri ilə mübarizə aparmaqdadırlar.
Suriya ordusundakı rəsmi mənbələrdən biri bildirib ki, düşmən sionist, işğal olunmuş Colan istiqamətindən Dəməşqin Rif şəhərində bir obyekti hədəfə alıb.
Bu bəyanata əasən, Suriya ordusunun havadan müdafiə sistemi raketlərin bir çoxunu yerə salıb və bu hücumun yalnız maddi ziyanları olub.
 
			



























