İsrail rejiminin ordusu son cinayətində ac Fələstin vətəndaşlarını hədəf alıb.
Xəbər Agentliklərindən birinin məlumatına əsasən, İsrail rejiminin hərbçiləri bu gün səhər (çərşənbə günü) Salahəddin oxunda yardım almaq üçün toplaşan fələstinlilərə atəş açıb.
Sionist rejiminin pilotsuz təyyarələri də onlara bomba ataraq hücum edib.
Bu cinayət nəticəsində indiyədək 4 Fələstin vətəndaşı şəhid olub, 90 nəfər isə yaralanıb.
İsrail ordusunun Xan Yunisin qərbindəki əl-Qərarah bölgəsindəki qaçqın çadırlarına artilleriya hücumu da 4 şəhid verib.