Xəbər mənbələri sionist rejimin tank və dronlarının Qəzzə zolağının şimal və cənubundakı bəzi bölgələrə hücum etdiklərini bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, atəşkəsin yenidən pozulması istiqamətində İsrail tankları Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şərqindəki əl-Qərarə və Əbəsan məntəqələrinə güclü hücumlar həyata keçiriblər.
Sionist rejiminə aid dronlar isə Qəzzə zolağının şimalında yerləşən Beyti Hanun bölgəsinin şərqindəki bir hədəfi bombalayıblar.
Sionist rejimin dronlarının Beyti Hanun bölgəsinin şərqinə olan hücumunda 1 nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.