Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyi bəyan edib ki, sionist rejim ordusunun Qəzzaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində şəhid olanların ümumi sayı 57.575 nəfərə çatıb.
Qafqaz Times sayənın məlumatına görə, Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyi yeni bir bəyanat yayaraq, sionist rejim ordusunun 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda şəhid və yaralıların ən son statistikasını açıqlayıb.
Nazirliyin açıqlamasına əsasən, 2023-cü il 7 oktybr tarixindən bu günə qədər sionist rejim ordusunun Qəzzaya hücumları nəticəsində 57.575 nəfər şəhid olub.
Həmçinin bildirilir ki, bu müddət ərzində Qəzza zolağında yaralananların ümumi sayı 136.879 nəfərə çatıb.
Nazirlik əlavə edib ki, son 24 saat ərzində də 52 şəhidin cəsədi xəstəxanalara çatdırılıb və 262 nəfər yaralanıb.
Bundan başqa, 18 mart 2025-ci ildən başlayan yeni hücum dalğasında isə 7.013 nəfər şəhid olub, 24.837 nəfər yaralanıb.
Qəzza zolağında hələ də minlərlə insan itkin düşmüş və dağıntılar altında qalmış vəziyyətdədir.
Yardım paylama mərkəzlərində isə son 24 saat ərzində 8 nəfər şəhid olmuş, 74 nəfər yaralanmışdır. Bununla bu mərkəzlərdə şəhid olan fələstinlilərin ümumi sayı 766 nəfərə, yaralananların sayı isə 5.044 nəfərə çatıb.
