Fələstin tibb mənbələri cümə günü sionist rejimi ordusunun Qəzzəyə olan hücumlarında 26 fələstinlinin şəhid olduğunu açıqlayıblar.
Xarici KİV-ə istinadən verilən məlumata görə, şəhid olanların 19-u Qəzzə zolağının mərkəzinə və cənubuna, qalanları isə digər bölgələrə olan hücumlarda şəhid olublar.
Sionist rejimi çərşənbə günü də Qəzzə zolağında 5 qətliam törədib və nəticədə 28 nəfər şəhid olub, 59 nəfər isə yaralanıb.
Eyni zamanda Fələstin Səhiyyə Nazirliyi cümə axşamı 2023-cü ilin Oktyabr ayının 7-dən etibarən cümə axşamına qədər Qəzzə zolağında şəhid olanların sayını açıqlayıb.
Bu açıqlamaya əsasən, Qəzzə zolağındakı fələstinli şəhidlərin sayı 45581, yaralananların sayı isə 108438 nəfərə çatıb.