Media mənbələri İsrail rejiminin Qəzzə zolağında bir məktəbə hücumu nəticəsində 100-dən çox insanın öldüyünü və yaralandığını bildirib.
Qəzzə Mülki Müdafiə Təşkilatı bəyanat yayaraq, İsrail rejiminin Qəzzənin şərqindəki ət-Tuffah məhəlləsində yerləşən Dar əl-Ərqəm məktəbinə endirdiyi hava zərbəsi nəticəsində 31 nəfərin öldüyünü, 100-dən çox insanın isə yaralandığını açıqlayıb.


Bəyanatda deyilir: “Məktəb köçkünlər üçün sığınacaq kimi istifadə olunur və hücum zamanı orada çoxlu sayda mülki şəxs olub”.
Təşkilat daha sonra xəbərdarlıq edərək bildirib: Qəzzada hazırkı vəziyyət insanı dəli edir. Uşaqların cəsədləri hücum yerinə səpələnib. Artıq bu vəhşi hücumların qarşısını almaq üçün heç bir imkan yoxdur və onlarla yaralı dağıntılar altında qalır və biz imkanların olmaması səbəbindən onları xilas edə bilmirik.