Livan Səhiyyə Nazirliyi dünən səhər saatlarında açıqlama verərək, bildirib: Sionist rejimin səhər saatlarında Livanın cənubuna qarşı həyata keçirdiyi hava hücumunda 7 nəfər şəhid olub, 12 nəfər isə yaralanıb.
Livan medialarının verdiyi məlumata görə, Livan Səhiyyə Nazirliyi sionist rejiminin dünən səhər saatlarında Livanın cənubuna olan hava hücumu zamanı 7 nəfərin şəhid olduğu və digər 12 nəfərin isə yaralandığı haqda məlumat verib.
Həmçinin, Livan Səhiyyə Nazirliyi cümə günü bildirmişdi ki, 8 Oktyabr 2023-cü il ildə işğalçı rejimin təcavüzləri başlayan vaxtdan bəri 2229 nəfər şəhid olub və 10380 nəfər isə yaralanıb.
Sionist rejimin ordusu 23 Sentyabrdan etibarən Livanın cənubundakı müxtəlif bölgələrə geniş həcmli hücumlara başlayıb. Livan Hizbullahı da sionist rejimin mülki əhaliyə qarşı hücumları qarşısında sionistlərin mövqelərinə və qəsəbələrinə çoxsaylı hücumlar həyata keçirərək, bu rejimin cinayətləri ilə mübarizəyə qalxıblar.