Sionist rejimi bugün (cümə günü) səhər saatlarında atəşkəsi pozaraq Livanın cənub və şərq bölgələrini hava hücumuna məruz qoyub.
İsrail rejiminə aid qırıcı təyyarələr Livanın cənubda yerləşən İqlim ət-Tuffah məntəqəsindəki hündürlüklərə iki dəfə hava hücumu həyata keçirib.
Həmçinin verilən məlumata əsasən, Livanın Suriya sərhəddi yaxınlığındakı şərq bölgələri də İsrail rejiminin qırıcıları tərəfindən bombalanıb.
Bundan əlavə, sionist rejimin qırıcıları Livan və Suriyanı bir-birindən ayıran şərqi dağ silsiləsindəki mövqeləri bir neçə dəfə hədəfə alıblar.
Hələlik bu hücumlarda ehtimal verilən itki və ziyanların təfərrüatları barədə məlumat verilməyib.