
Sionist rejimin Ordusunun radiosu bildirir:
– Qəzzada yerləşən və İŞİD-lə əlaqəli olan “Yasir Əbu Şabab” adlı milis dəstəsinin üzvlərinə sionist rejim tərəfindən silahlar ötürülüb. Bu silahların əksəriyyəti ya HƏMAS-dan müsadirə olunub, ya da Qəzzada ələ keçirilib. Əsasən “Kalaşnikov” avtomatları verilib.
– Milis dəstəsi əsasən sionist rejim ordusunun işğal edib təmizlədiyi Rəfah bölgəsində fəaliyyət göstərir. Hazırda Əbu Şababın silahlıları orada aktivdir.
– Bu milis dəstəsinin əsas vəzifələri Qəzzaya humanitar yardımın daxil olmasının qarşısını almaq və HƏMAS-a qarşı döyüşməkdir.
– Bu təşəbbüs sionist rejimin təhlükəsizlik qurumları ilə koordinasiyalı şəkildə hazırlanıb və siyasi rəhbərliyə təqdim olunaraq təsdiqlənib. Məlumatlı mənbələrin bildirdiyinə görə, qərarın qəbul edilməsi üçün nazirlər kabinetinin razılığı tələb olunmayıb.
– Hal-hazırda sionist rejimin əməkdaşlıq etdiyi yeganə qrup bu İŞİD-lə əlaqəli “Yasir Əbu Şabab” milis dəstəsidir. Qəzzada başqa heç bir fraksiya bu cür əməkdaşlıqda iştirak etmir.
Qeyd: Bu məlumat fonunda “İsrail Bizim Evimizdir” partiyasının lideri Aviqdor Liberman bu gün açıqlama verərək bildirib ki, Netanyahu bu ekstremist silahlı dəstəyə Qəzzada silah və yardım ötürür.