Sionist rejimin cümə axşamı səhər saatlarında Qəzzə zolağına qarşı həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 30 nəfərə yüksəlib. Bundan öncə, həyatını itirənlərin sayının 13 nəfər olduğu açıqlanmışdı.
Xarici KİV-in verdiyi məlumata görə, şəhid olanların 18-i Qəzzə şəhəri və Qəzzə zolağının şimalında dünyasını dəyişib.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü bildirmişdi ki, Qəzzə şəhərində 39 nəfər şəhid olub və 105 nəfər isə yaralanıb.
Bu hesabata əsasən, sionist rejimin 18 Mart 2025-ci il tarixində Qəzzəyə qarşı təcavüzlərinin yeni mərhələsi başladıqdan çərşənbə gününə qədər 1928 nəfər şəhid olub və 5055 nəfər də yaralanıb.
Bu şəhidlər də nəzərə alınmaqla, 7 Oktyabr 2023-cü ildə əl-Əqsa Tufanı başlayan vaxtdan çərşənbə gününə qədər Qəzzə zolağında şəhid olanların ümumi sayı 51305, yaralıların sayı isə 117096 nəfərə çatıb.