Livan Səhiyyə Nazirliyi bildirib ki, sionist rejimin dron hücumu nəticəsində Cənubi Livanın Sur bölgəsindəki Rəşkənnə kəndində bir livanlı şəhid olub.
Livanlı mənbələr daha öncə bu hücumda bir neçə nəfərin yaralandığını bildirmişdilər.
Həmin mənbələrin bildirdiyinə görə, bazar ertəsi günü livanlı bir vətəndaş Cənubi Kəfərkəla kəndində sionist hərbiçilərin birbaşa atəş açması nəticəsində yaralanıb.
Düşmən sionist 27 Noyabr 2024-cü il tarixindəki atəşkəsdən sonra dəfələrlə cənub və Bəqa bölgələrində olan əhaliyə hücum edib və Təllə əl-İvəziyyə, Cəbəl Bəlat, Təllə əl-Ləbunə, Təllə əl-İzziyyə və Təllə əl-Həmaməs bölgələrindən çıxmağa razı olmayıb.