Xəbər mənbələri sionist rejimin pilotsuz təyyarə ilə hücumu və 2 Livan vətəndaşının şəhid olması barədə məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, cümə axşamı gecə Livanın Səhiyyə Nazirliyi pilotsuz təyyarənin hücumu nəticəsində 2 Livan vətəndaşının şəhid olduğunu açıqlayıb.
Xəbər kanallarından birinin müxbiri də bildirib ki, sionist rejimi Livanın cənubundakı “Bərəşit” bölgəsində bir avtomobili dron ilə hədəfə alıb.
Livan Səhiyyə Nazirliyinin hesabatına görə, Livan və sionist rejimi arasında atəşkəsin elan edilməsindən bu günə qədər 106 livanlı şəhid olub.
Son günlərdə İsrail cənub Livan və Bəqa bölgəsindəki kəndlərə hücumlarını artırıb və atəşkəsi pozub.